OSMANLI DÖVLƏTİNDƏ MASONLUQ.
17-04-2025, 12:54

OSMANLI dövlətində masonluq haqqında ilk qeyri-rəsmi məlumat 1721-ci ilə aiddir və İSTANBULDA fransız masonlar tərəfindən bir lojanın qurulması ilə bağlıdır.
24 MAY 1738-ci ildə FLORENSİYADAN gələn, müəllifi bəlli olmayan bir məktub, eyni ildə “SAİNT JAMES EVENİNG POST” qəzetində yayınlandı. Məktubda, “İstanbuldan gələn xəbərlərə görə, İZMİR və HƏLƏB lojalarının bir xeyli inkişaf etdiyi və yüksək vəzifəli bir çox türkün bu lojalarda inisiasiya olunduqlarını öyrənmiş oluruq” deyə yazılmışdı.
1720-ci ildə, III SULTAN AHMET dövründə Fransaya elçi olaraq göndərilən YİRMİSEKİZ MEHMET ÇELEBİ, oğlu SAİT ÇELEBİ ilə birlikdə
bir il Parisdə qalmış, döndükdən sonra TÜRKİYƏDƏ ilk mətbəə yaratmışdı.
TÜRKİYƏ tarixində ilk mason olaraq bilinən şəxs YİRMİSEKİZ MEHMET ÇELEBİ zade SAİT ÇELEBİDİR.
TÜRKİYƏDƏ ilk masonlardan biri də, əsl adı KONTE DE BONNEVAL olan HUMBARACI AHMET PAŞA (1675-1742) olub.
CELİL LAYİKTEZ “TÜRKİYEDE MASONLUQ TARİHİ"
CİLT:1 BAŞLANĞIC (1721-1956)
(FOTODAKI HUMBARACI AHMET PAŞADIR)

Sevda Amanova
TEREF