Doğu Türküstandakı yer adlarına diqqət edin

17-04-2025, 16:04           
Doğu Türküstandakı yer adlarına diqqət edin
Doğu Türküstandakı yer adlarına diqqət edin. Özəllikcə də Aqsu ( Ağsu) və Ghulja ( Çulca-Çul+ca ) adlarına.
Tarixi qaynaqlarda (Musa Kalankaytuklu, Fəridə Məmmədova, Qiyasəddin Qeybullayev, Tofiq Məmmədov, Mahmud İsmayılov və başqalarının əsərləri) qeyd olunan 26 alban tayfasından biri türkdilli çullar (çol-çal) olmuşdur.
Bunun kol-kolan tayfaları da olduğu bildirilir. Hazırda Suriyadakı Turkmənlərin birbaşa özlərinin dediyi Çolan ( Kolan ) təpələri, Azərbaycanın Gilan ( əslində çolan-kolan) bölgəsinin adı, əksər yerlərimizdəki Kolanlı adları və sairə da buradan qaynaqlanır. Maraqlıdır ki, Suriya Türknənləri Çolan təpələrinə eyni zamanda Azərbaycan da deyir .
Çul tayfası Qafqaz Albaniyasının (bu günkü Azərbaycan Respublikası) şimal-şərqində yaşamışdır. Eramızın ilk əsrlərində Dərbənddən cənubda bir şəhər Çol-Çul-Çala adı ilə məlumdur. “Çul” etnonimi öz varlığını bu gün Azərbaycanda mövcud olan Çullu (Ağdam, Cəbrayıl), Çorbinə (Balakən), Tahirçal (Qusar), Çallı (Zərdab) və s. kəndlərin adında saxlamışdır. Oğuzdakı Calut da (əvvəllər Calud, Çalud, Çalut da deyilib) həmin kəndlərdən biridir. Burada “çul”–“çal”a (çul-çal-cal) çevrilmişdir. “Cal” (çal)–“böyük, başçı” anlamındadır. “ud” (ut-it-üt) isə cəmlik bildirən şəkilçidir. Deməli, “Calut” (Calud, Çalud, Çalut) toponimi “ucada duranlar, böyüklər, başçılar, ulular” anlamını daşıyır. Caluq variantında da qeydə alınmışdır. Cal/cil Azərbaycanda "sucaq yer", "otlu bataqlıq", "çay qollarının birləşdiyi yer"ə deyilir. Toponim coğrafi obyektin landşaftı haqqında məlumat verir.
Bundan başqa, Türkiyənin Ərdahan, Ərzurum və bir sıra bölgələrində də çullu adında yerlər mövcuddur.
M.Afət
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.