Professor: "Türkiyədə şaxtalar gələcək üzüm məhsulunun 80 faizə qədərini tələf edib"
16-04-2025, 12:56
"Türkiyədə şaxtalar gələcək üzüm məhsulunun 80 faizə qədərini, ərik, alma və gilas məhsulunun isə 50 faizini tələf edib".
Bu proqnozu TASS-a Türkiyənin Konya Universitetinin professoru Haluk Gedikoğlu verib.
Onun sözlərinə görə, bununla da Türkiyədə meyvə və tərəvəz istehsalı həcmlərində ciddi itki olacaq: "Rusiyaya meyvə və tərəvəz ixracının azalması gözlənilir".
Xatırladaq ki, aprelin 10-13-də Türkiyənin bir sıra rayonlarında son 30 ilin rekord şaxtaları qeydə alınıb.