Fətullah güləni kim müdafiə edirdi? - Ən yaxın adamından sensasion açıqlama
6-06-2015, 07:27
Bir zamanlar Fətullah Gülənin ən yaxın adamlarından biri olan professor Kəmaləddin Özdəmir Gülənlə bağlı sennsasion açıqlamalar verib.
Avropa.info xəbər verir ki, bir zamanlar Gülənin ən yaxın adamı olan və ondan ayrıldıqdan sonra kasetlə təhdid olunan Özdəmir “paralel dövlət” və Gülənlə bağlı mühüm açıqlamalar verib.
Özdəmir Gülənin Federal Təhlükəsizlik Bürosu (FBI) tərəfindən qorunduğunu və FTB agenti olduğu bildirilən Keis Ovens ilə görüşdüyünü söyləyib.
Mətbuatda yayılan xəbərlərə görə Gülən camaatında hüquq mühafizə orqanları imamı vəzifəsinə qədər yüksələn Özdəmir ilk dəfə mətbuata müsahibə verib.
"Əvvəllər Amerikaya gedərkən iş adamlarının ünvanını verir ondan sonra düşərgəyə gedirdik. Gülən mənə FTB-nin ona zəng edərək mənim haqqımda soruşduqlarını söylədi. O da mənimlə və atamla bağlı müsbət danışdığını söylədi ABŞ Səfirliyinə zəng edərək FTB nümayəndəsi ilə danışmaq istədim. Keis Ovens adlı birinin adını verdilər. Onun səfirlikdəki ofisində görüşdük. Mən ondan "Məni niyə araşdırırsınız?" deyə soruşdum. 'Bu zatı tanıyırıq. O mənə Gülənə zərər verə biləcək şəxsləri araşdırdıqlarını bildirdi. Mən buna təəccübləndim. "Gülənə nə zərərim ola bilər? " deyə düşündüm. ABŞ-a getməzdən əvvəl də Gülənə zəng etdim. Nyu Yorka enən kimi məni həbs etdilər. Barmaq izlərimi aldılar, suallar verdilər. Daha sonra isə vizamın Vaşinqtondan ləğv edildiyini dedilər."
Özdəmir xarici ölkələrdə yerləşən məktəblərlə bağlı da bunları bildirib:
"Biz Orta Asiyaya, Afrikaya getdiyimiz zaman da məktəb direktorları, ölkə koordinatorları tərəfindən onlara verilən təlimat çərçivəsində ABŞ səfirliyinə gedirdilər. Səfirlikdə "biz bu ölkəni tanımırıq, sizin dostunuz bizim də dostumuzdur. Yanlış bir şəxslə əlaqə qurmaq istəmirik. Bizə dostlarınızı bildirirsəniz biz onlarla əlaqə yaradaq" deyirdilər."
Gülən camaatının təşkilatlanma daxilində şəxslərin arxivinin olmadığını vurğulayan Özdəmir sözlərinə belə davam edib:
"Bir əmlak arxivi var. Pullar toplandıqdan sonra o siyahılar məhv edilir. Həmin siyahını ancaq həmin bölgənin imamı bilir. Nadir hallarda bu siyahı sənədli halda olur. Hər qurum öz arxivini saxlayır. Heç biri digəri ilə arxivini paylaşmaz. Ümumi arxivin varlığından söz gedə bilməz. Dinləmə, kaset, video kimi arxivlərin burada saxlanılmadığını düşünürəm. Əvvəl mən İstanbulda olduğunu bilirdim. Amma o arxiv daha sonra oradan göndərildi."