UEFA Avropa Liqası: "Reyncers" - "Fənərbağça" matçının taleyini penaltilər müəyyənləşdirdi

14-03-2025, 10:30           
UEFA Avropa Liqası: "Reyncers" - "Fənərbağça" matçının taleyini penaltilər müəyyənləşdirdi
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində "Reyncers" evdə "Fənərbağça"nı qəbul edib.

Oxu.Az xəbər verir ki, matçın əsas vaxtı Türkiyə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 0:2.

İstanbulluların heyətində Şimanski dubla imza atıb

Tərəflər arasında ilk oyun Şotlandiya təmsilçisinin 1:3 hesablı səfər qələbəsi ilə başa çatdığına görə, görüşdə hərəsi 15 dəqiqə olmaqla, əlavə iki hissə təyin edilib.

Komandalar əlavə edilmiş 30 dəqiqədə hesabı dəyişə bilmədikləri üçün matçın taleyini penalti seriyası müəyyənləşdirib.

Penalti zərbələrini daha dəqiq yerinə yetirən "Reyncers" adını növbəti mərhələyə yazdırıb.
Turun Bakı vaxtı ilə 00:00-da başlayan digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: "Lion" - FKSB - 4:0, (ilk oyun - 3:1); "Mançester Yunayted" - "Real Sosyedad" - 4:1, (ilk oyun - 1:1); "Tottenhem" - "AZ Alkmaar" - 3:1, (ilk oyun - 0:1). Beləliklə, iki oyunun nəticəsinə görə, daha əvvəl mərhələ adlayan klublarla yanaşı "Lion", "Mançester Yunayted", "Tottenhem" və "Reyncers" komandaları da 1/4 final mərhələsinə adlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru