Putin atəşkəs təklifi ilə razılaşdığını deyib

Bu gün, 08:24           
Putin atəşkəs təklifi ilə razılaşdığını deyib
Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşdığını söyləyib.

Bu barədə Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlarının yekunları ilə bağlı keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya atəşkəs təklifi ilə razıdır, lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalıdır.

Putin Trampa Ukraynadakı vəziyyətin həllinə göstərdiyi diqqətə görə təşəkkür edib.

Qeyd edək ki,martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Görüşün nəticələrinə dair yayılan birgə bəyanata görə, Ukrayna ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəsi qəbul etməyə hazırdır. Bunun əvəzində Vaşinqton dərhal Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsinə qoyulan məhdudiyyəti ləğv edəcək və hərbi yardımı bərpa edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.