Tramp: "Hansı ərazilərin Ukraynaya qalıb-qalmayacağını müzakirə edirik"

14-03-2025, 09:16           
Tramp: "Hansı ərazilərin Ukraynaya qalıb-qalmayacağını müzakirə edirik"
"Birləşmiş Ştatlar Ukrayna ilə münaqişənin nizamlanmasından sonra hansı ərazilərin onda qalacağı, hansı əraziləri itirəcəyini, habelə bu barədə yekun razılaşmanın digər elementlərini müzakirə edir".

TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə NATO-nun baş katibi Mark Rütte ilə görüş zamanı jurnalistlərə deyib.

Onun sözlərinə görə, Ukrayna böhranının aradan qaldırılmasının birinci mərhələsi atəşkəsdir: "Bir çox ayrıca mövzulara artıq baxılıb. Biz ərazi konsepsiyasını müzakirə etdik, çünki bir şeyə gətirib çıxarmayacaqsa, atəşkəsə vaxt sərf etmək istəmirdik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru