Tramp: "Qrenlandiya ABŞ-yə birləşəcək"

Bu gün, 10:28           
Tramp: "Qrenlandiya ABŞ-yə birləşəcək"
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Qrenlandiyanın Amerika ərazisinə birləşməsi baş verəcək, çünki bu, beynəlxalq təhlükəsizlik üçün zəruridir.

"RİA Novosti"xəbər verir ki, bunu jurnalistlərə Ağ Evin rəhbəri NATO-nun baş katibi Mark Rütte ilə görüşün əvvəlində bildirib.

"Mən hesab edirəm ki, bu baş verəcək", - deyə ABŞ lideri Qrenlandiyanın ABŞ-yə birləşməsinin perspektivini şərh edərkən deyib.

D.Tramp əlavə edib ki, hazırda Danimarkanın bir hissəsi olan Qrenlandiyanın ABŞ-yə birləşməsi beynəlxalq təhlükəsizlik baxımından zəruridir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.