UEFA Konfrans Liqası: Mərkəzi oyun "zadəganlar"ın minimalhesablı qələbəsi ilə bitdi

14-03-2025, 10:40           
UEFA Konfrans Liqası: Mərkəzi oyun "zadəganlar"ın minimalhesablı qələbəsi ilə bitdi
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, turun mərkəzi oyunu kimi "Çelsi" - "Kopenhagen"i sınağa çəkib.

Oyun "zadəganlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Dyusberi-Holl vurub.

Səfərdə də rəqibini 2:1 hesabı ilə məğlub edən London təmsilçisi ümumi hesabda üstünlük əldə edərək adını dörddəbir final mərhələsinə yazdırıb.

1/8 final mərhələsinin digər cavab oyunları aşağıdakı nəticələrlə bitib. 21:45. "Brügge" (Belçika) - "Yagelloniya" (Polşa) 2:0 İlk oyun - 0:3. 21:45. "Luqano" (İsveçrə) - "Selye" (Sloveniya) 5:4, Pen (1:3) İlk oyun - 0:1. 21:45. "Rapid" (Avstriya) - "Banya Luka" (Bosniya və Herseqovina) 2:1 İlk oyun - 1:1 21:45. "Dyürqarden" (İsveç) - "Pafos" (Kipr) 3:0 İlk oyun - 0:1. 00:00. "Vitoriya Gimarayeş" (Portuqaliya) - "Betis" (İspaniya) 0:4 İlk oyun - 2:2. 00:00. "Fiorentina" (İtaliya) - "Panatinaikos" (Yunanıstan) 3:1 İlk oyun - 2:3. 00:00. "Legiya" (Polşa) - "Molde" (Norveç) 2:0 İlk oyun - 2:3 00:00. "Çelsi" (İngiltərə) - "Kopenhagen" (Danimarka) 1:0 İlk oyun - 2:1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru