Zelenski: "Türkiyə ilə sazişi təsdiq etməyə hazırıq"

Bu gün, 10:18           
Zelenski: "Türkiyə ilə sazişi təsdiq etməyə hazırıq"
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Türkiyənin kənd təsərrüfatı naziri İbrahim Yumaklını, ticarət naziri Ömər Bolatı və türk iş adamlarını qəbul edib.

Gununsesi.info -məlumatına görə, Teleqraf “Haber7″yə istinadən xəbər verir ki, görüş Zelenskinin Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi son görüşün nəticəsi olaraq baş tutub.

Zelenski qeyd edib ki, görüşdə Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması üçün səylər, Türkiyə ilə əlaqələrin inkişafı, müxtəlif tipli pilotsuz uçuş aparatlarının (PUA) istehsalı sahəsində əməkdaşlıq imkanları, türk şirkətlərinin Ukraynanın yenidən qurulmasında iştirakı müzakirə olunub.

Ukrayna ilə Türkiyə arasında azad ticarət sazişini ratifikasiya etməyə hazır olduqlarını bildirən Zelenski “ölkəmiz Türkiyəni həm strateji tərəfdaşlarından, həm də təhlükəsizlik zəmanəti üzrə tərəfdaşlarından biri kimi görür”, – deyə qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.