Rusiya xarici şirkətlərin ölkəyə qayıdışı ilə bağlı danışıqlara başladı
Bu gün, 10:24
Moskva bəzi xarici şirkətlərin geri qayıtması ilə bağlı danışıqlara başlayıb. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə keçirdiyi danışıqlardan sonra təşkil olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu dialoq Rusiyanı tərk etmiş şirkətlərin təşəbbüsü ilə aparılır.
"Bəzi Qərb tərəfdaşlarımızın Rusiya bazarına qayıtması həm onların, həm də bizim şirkətlərimizin fəaliyyətinə müsbət təsir göstərə bilər. Artıq bu gün biz qapalı rejimdə də olsa, bəzi tərəfdaşlarımızın təşəbbüsü ilə onların bazarımıza mümkün qayıdışı barədə danışıqlar aparırıq", – deyə Rusiya lideri vurğulayıb.
O əlavə edib ki, bu proses "sakit, ləyaqətli, qarşılıqlı hörmət çərçivəsində və ümumi maraqlara uyğun şəkildə" həyata keçirilir.
Putin hesab edir ki, Qərb biznesinin Rusiyaya qayıdışı bütün tərəflər üçün faydalı ola bilər.