Türkiyədə "Google" milyonlarla dollar məbləğində cərimələndi

11-07-2025, 09:28           
Türkiyədə "Google" milyonlarla dollar məbləğində cərimələndi
Türkiyənin antiinhisar tənzimləyicisi olan Rəqabət Qurumu "Google" şirkətini rəqabət qaydalarını pozduğuna görə cərimələyib.

Oxu.Az xəbər verir ki, bu barədə tənzimləyicinin yaydığı məlumatda deyilir.

Rəqabət Qurumunun qərarında deyilir ki, "Google" yerli bazarda hotel bronlaşdırılması üçün axtarış nəticələrinin təqdim edilməsində rəqabət qaydalarını pozub.

Bu səbəbdən şirkət 355 milyon lirə (təxminən 9 milyon dollar - red.) məbləğində cərimələnib.

Qeyd edək ki, 2024-cü ildə şirkət 15 milyon dollar cərimə olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru