Moskva Ankara ilə İrəvanı barışdırır?

14-04-2015, 10:43           
Moskva Ankara ilə İrəvanı barışdırır?
“Moskva Ankara ilə Yerevan arasında yaranan gərginliyə son qoya bilər”.

Axar.az xəbər verir ki, bu iddia ilə Türkiyə Xarici İşlər Nazirliyinin yüksək səlahiyyətli nümayəndəsi “Sputnik”ə məlumat verib. Mənbənin sözlərinə görə, Moskva Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına yardımçı ola bilər:

“Erməni tərəfinin mövqeyini dəstəkləyən siyasi və dini liderlər siyasi proseslərə nə qədər çox qarışsa, xristianlar və müsəlmanlar arasındakı bölünmə də bir o qədər artar və Türkiyə ilə Ermənistan bir-birindən daha çox uzaqlaşar. Biz həm Türkiyə, həm də Ermənistan ilə yaxşı əlaqələrə sahib olan və tarixin siyasiləşdirilməsinə qarşı çıxan Rusiyanın burada əhəmiyyətli rol oynaya biləcəyini düşünürük”.

Türkiyənin ermənilərin təzyiqinə boyun əyməyəcəyini deyən türk diplomat Yerevanın çağırışlara cavab vermədiyini qeyd edib:

“Biz qarşıdurma deyil, razılıq istəyirik. Çünki ermənilər ilə 800 ildən çox bir tarixə söykənən ortaq keçmişimiz var. Türkiyə və Ermənistan bir-birini günahlandırmamalıdır. Tam əksinə, bir araya gəlib keçmişin mübahisəli səhifələrini araşdırmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.