Türkiyəni qana boyayan 18 yaşlı qız - VİDEO,FOTO

20-07-2015, 22:18           

Türkiyənin Şanlıurfa vilayətində 28 nəfərin həyatına son qoyduğu terror aktının İŞİD-çi qız tərəfindən törədildiyi məlum olub.

Reuters və Hürriyyet xəbər agentlikləri Türkiyə hökumətindəki mənbələrə istinadən xəbər verir ki, terror aktını törədən İŞİD-çi qızın 18 yaşı olub.

İŞİD-çi qız vilayətin Amara mədəniyyət mərkəzinin qarşısında toplaşan gənclərin arasına girərək özünü partladıb.

Reuters agentliyinə danışan Türkiyə hökumətinin 2 rəsmisi bildirib ki, onların əllərində Suruç rayonundakı partlayışın terror aktı olduğuna dair faktlar var.

[media=https://www.youtube.com/watch?v=F77U9Bvxrfc]
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.