"Türkiyə artıq etibarlı bir ölkə sayılmır" - Qərbdən xəbərdarlıq

15-04-2015, 12:30           
"Türkiyə artıq etibarlı bir ölkə sayılmır" - Qərbdən xəbərdarlıq
İngiltərənin "Financial Times" qəzeti Türkiyənin artıq etibarlı bir ölkə sayılmadığını yazıb.

Avropa.info xəbər verir ki, qəzet son sayında Türkiyənin artıq etibarlı bir ölkə sayılmadığını müdafiə edən Türkiyə haqda xüsusi dörd səhifəlik bir əlavə ilə dərc olunub.

"Financial Times"-in beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Devid Gardnerin həmin əlavədəki yazısı "Ankara artıq etibarlı görünmür" başlığı ilə qələmə alınıb.

Gardner sözlərinə "Türkiyə dörd il bundan əvvəl Yaxın Şərqdə sabitliyin təməl daşı olaraq görülürdü. Kökləri siyasi İslama əsaslanan praqmatik bir hökumətin rəhbərlik etdiyi NATO-nun sadiq bir üzvü, Avropa Birliyi üzvlüyünə də namizəd idi. O dövrün baş naziri, prezident Rəcəb Tayyib Ərdoğan Qərbdə xarici güclərin şəkilləndirmə səylərinə qarşı qoyan bölgənin ən etibarlı adı idi..... İndi bütün bunlar çox uzun bir zaman öncə imiş kimi görünür..." deyə başlayıb.

Gardnerin yazısında o dövrün xarici işlər naziri olan indiki baş nazir Əhməd Davudoğlunun "qonşularla sıfır problem" siyasətinin yerinə Türkiyənin az qala problem yaşamadığı qonşusu olmadığı də qeyd olunub.

O yazısında buna misal olaraq İsrail, Misir, Suriya və İraq kimi ölkələri göstərmişdi.

Daha sonra Gardner yazısına "Türkiyəni keçmişdə təqdir edənlərin çoxu indi böyük bir məyusluq hissi keçirir və bu ölkəyə şübhə ilə baxır" deyə davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.