Nazarbayev və Lukaşenkodan ermənilərə “soyqırım” silləsi

16-04-2015, 11:34           
Nazarbayev və Lukaşenkodan ermənilərə “soyqırım” silləsi
Ermənistanın Avrasiya İqtisadi İttifaqından olan tərəfdaşları Belarus və Qazaxıstan liderləri böyük ehtimalla qondarma “erməni soyqırım”ının 100 illiyi ilə əlaqədar İrəvanda təşkil olunacaq tədbirlərə qatılmayacaq.

Bu barədə AzVision.az Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir.

Qəzet yazır ki, əgər bu ölkələr “soyqırım” tədbirlərində iştirak eləsə belə, bu çox aşağı səviyyədə olacaq.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan jurnalistlərin bu məsələ ilə bağlı sualına cavab verməkdən yayınıb: “Tədbirdə iştirak edən bütün ölkələrin nümayəndə heyətləri barədə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş ötən ilin oktyabr ayının 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin ötən il may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.