AKP konstitusiyadan "türk" sözünü çıxarır

16-04-2015, 11:48           
AKP konstitusiyadan "türk" sözünü çıxarır
Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf partiyasının qarşıdan gələn parlament seçkiləri ərəfəsində yaydığı seçki proqramında çox önəmli detallar var. Lent.az-ın Sözcü-yə istinadən məlumatına görə, təklif edilən dəyişikliklərdən ən mübahisəlisi Yeni Konstitusiyada hər hansı etnik və ya dini mənsubiyyətin qeyd olunmaması ilə bağlıdır. Bir çox siyasətçilər bu təklifin Konstitusiyadakı vətəndaşlıq bəndindən “Türk” sözünün çıxarılması cəhdi kimi şərh edir.

Qeyd edək ki, hakim partiyanın seçki proqramı çərçivəsində təklif etdiyi dəyişiklər arasında prezidentlik sisteminin yaradılması məsələsi də var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.