Türkiyədə 4 azərbaycanlı qadın həbs olundu

28-02-2018, 00:24           

Türkiyədə fahişəliklə məşğul olan 4 qadın saxlanılaraq deportasiya edilib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Karabük əyalətində polis daxil olan şikayət əsasında Z.M. adlı azərbaycanlı qadının evinə basqın edib. Əməliyyat zamanı 4 azərbaycanlı qadın və 2 kişi saxlanılıb.

Məlum olub ki, Z.M.-nin evində özü kimi Türkiyəyə qeyri-qanuni yolla gələn 3 azərbaycanlı qadın (M.L. , L. İ. və U.M. ) da 100 lirə (təxminən 45 manat) qarşılığında fahişəlik etdirmiş.

4 qadın və 2 kişinin hər biri 521 lirə məbləğində cərimə olunub.

Tibbi müayinədən keçirilən qadınlar deportasiya olunmaları üçün Miqrasiya İdarəsinə təhvil veriliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru