Nazarbayevdən TARİXİ ADDIM – Rəsmi rus dilini qadağan etdi

28-02-2018, 22:57           
Nazarbayevdən TARİXİ ADDIM – Rəsmi rus dilini qadağan etdi
Qazaxıstanda nazirlərin çoxunun doğma qazax dilinə deyil, rus dilinə üstünlük verməsinə baxmayaraq, çərşənbə axşamı günündən nazirlər kabinetinin iclaslarında rus dilindən istifadəyə qadağa qüvvəyə minir.

Geniş səlahiyyətlərə malik olmaqla yanaşı, ictimaiyyətin rəylərinə də yaxından diqqət verən prezident Nursultan Nazarbayev bu haqda qərarı bundan əvvəlki gün verib.

Sovet dövrünün yeganə lideri olan 77 yaşlı Nazarbayev ölkəni 1989-cu ildən idarə edir. O özü hər iki dildə sərbəst danışır və çıxışları zamanı hər iki dili işlədir.

Lakin bəzi yüksək səviyyəli rəsmilər də daxil olmaqla, qazaxların çoxu hər iki dildə sərbəst danışa bilmir və rus dilinə üstünlük verir. Nazirlər kabinetinin iclasları da hər iki ildə aparılır.
Çərşənbə axşamı günü dövlət televiziyası ilə canlı yayımlanan iclas zamanı yalnız bir nəfərə-təhsil naziri Yerlan Saqadiyevə rus dilində danışmaq icazəsi verilib. İclasa video vasitəsilə qoşulan bəzi vilayət rəsmiləri üçün də istisnalar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru