Türkiyədə polisə növbəti hücum olub, ölən və yaralanan var 10-09-2015, 09:41 Türkiyədə növbəti terror hadisəsi baş verib. APA-nın “Milliyət”-ə istinadən verdiyi xəbərə görə, PKK terror təşkilatının üzvləri Türkiyənin Tüncəli şəhərində polis postuna silahlı hücum edib. Hadisə nəticəsində 1 polis əməkdaşı həlak olub, 1 nəfər dinc sakin olmaqla daha 3 nəfər yaralanıb. Qeyd olunur ki, terrorçular hücum zamanı qumbaraatan və uzunlüləli silahlardan istifadə ediblər. Facebook-da paylaş