Separatçı kürd lider barədə istintaq başladıldı
10-09-2015, 09:54
Türkiyədə prokurorluq PKK terror təşkilatının siyasi qolu HDP-nin həmsədri Səlahəddin Demirtaş barədə istintaq başladıb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Respublika Prokurorluğu məlumat yayıb. Prokurorluğun açıqlamasında, Səlahəddin Demirtaşın Diyarbəkirdəki mətbuat açıqlamasının cinayət tərkibli olması səbəbindən deputattoxunulmazlığının ləğv olunması tələbi ilə istintaq başladıldığı bildirilib.
“Respublika prokurorluğu tərəfindən aparılan 2015/30431 istintaq materialı, türk millətinin, Türkiyə Cümhuriyyəti dövlətinin, dövlətin qurum və orqanlarınının ləyaqətini açıq şəkildə alçaltmaq cinayəti səbəbindən, Türkiyə cinayət məcəlləsinin 301/1.4 madsdəsinə görə, konstitusiyanın 83-cü maddəsi ilə istintaq izni verilməsi və deputat toxunulmazlığının ləğvi olunması tələbi ilə Ədliyyə Nazirliyinə göndərilib.
Həmçinin Respublika prokurorluğu tərəfindən aparılan 2015/30432 istintaq materialı, açıq şəkildə cinayət işləməyə sövq etmək, prezidenti təhqir, terror təşkilatının təbliğatını aparmaq cinayətlərinə görə konstitusiyanın 83-cü maddəsi ilə deputat toxunulmazlığının ləğv olunması tələbi ilə ixtisarla Ədliyyə Nazirliyinə göndərilib.” – deyə prokurorluğun bəyanatında bildirilir.