Bordo Beretlilərin PKK “ovu” dünya manşetlərində - “Türkiyəyə təcili müdaxilə edin”

10-09-2015, 12:24           
Bordo Beretlilərin PKK “ovu” dünya manşetlərində - “Türkiyəyə təcili müdaxilə edin”
Türkiyə ordusunun xüsusi təyinatlıları sayılan “bordo bereli”lərin Şimali İraqda PKK terror təşkilatına qarşı apardığı uğurlu əməliyyat İngiltərədə ciddi narahatlığa səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə mətbuatı türk ordusunun Şimali İraqa girərək PKK-ya ağır zərbə vurduğunu bildirib və beynəlxalq ictimaiyyəti Türkiyəyə təcili müdaxilə etməyə çağırıb.
Daily Telegraph, Independent, The Times, BBC və The Guardian kimi nüfuzlu mediaların manşetində yer alan xəbərlərdə Bordo Bərəlilərin azı 400 PKK-lını öldürdüyü, 12-si bomba mütəxəssisi olan 100 terrorçunu isə girov götürdüyü yazılıb. İngiltərə mətbuatı terrorçuların yox olmaq üzrə olduğunu və Türkiyəyə müdaxilənin şərt olduğunu qeyd edib.

Xatırladaq ki, Dağlıca bölgəsində PKK basqını zamanı 16 əsgərin şəhid olmasınan sonra mətbuatda 12 xüsusi təyinatlının yoxa çıxması ilə bağlı xəbər yayılmışdı. Daha sonra onların itkin düşmədikləri və “geri dön” əmri almamaq üçün ratsiyaları söndürərək PKK-ya qarşı gizli əməliyyat keçirdikləri məlum olmuşdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.