Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitinin yekun Bəyannaməsi imzalanıb

11-09-2015, 21:46           
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitinin yekun Bəyannaməsi imzalanıb
Qazaxıstanın paytaxtı Astanada keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısının yekun sənədləri imzalanıb.

APA-nın “ca-news.org” saytına istinadən verdiyi xəbərə görə, iştirakçı dövlətlərin başçıları V Sammitin Bəyannaməsinə imza atıblar.

Bununla yanaşı, Şuranın baş katibinin müavini və Türk Mədəniyyət və İrs Fondunun prezidentinin təyin olunması barədə qərarlar qəbul edilib.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.