PKK terrorçularının "şirin yalan"ları ifşa oldu - İnsanları belə aldadıblar - FOTOFAKT
11-09-2015, 21:55
Türkiyənin PKK terror təşkilatına qarşı başlatdığı əməliyyatlara qarşı sosial şəbəkələrdə qarayaxma kampaniyası davam edir.
Avropa.info xəbər verir ki, terrorçuları dəstəkləyənlər bir sıra müxtəlif vaxtlarda və müxtəlif yerlərdə çəkilən fotoşəkillərdi Cizrədə baş vermiş kimi göstərməyə çalışırlar.
Şırnak vilayətinin Cizrə rayonunda xüsusi təyinatlıların 6 gündür davam etdirdiyi əməliyyatlar insanlara küçəyə çıxmaq qadağan olunub.
Prezident Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu illərdə Van vilayətində təşkil olunan mitinqdə təhlükəsizliyi təmin etmək üçün minarələrə çıxan snayperlərin fotoşəkilləri "Cizrədə snayperlər xalqa atəş açır" başlığı ilə təqdim olunur.
Bundan başqa Fələstində ölən bir uşağın şəklini qoyub onu Cizrədə öldürülmüş kimi göstərərək hökumətin uşağın dəfninə icazə vermədiyi yazılıb.
Sosial mediadan istifadə edərkən qarşımıza çıxan fotoşəkilin əslini tapmaq üçün həmin fotoşəkili “images.google.com”-da axtarın. Dərhal həmin fotoşəkilin harada və nə zaman çəkildiyi barədə məlumat alacaqsınız.