Türk lirəsi kəskin ucuzlaşdı –bir dollar 5.2 lirə səviyyəsini keçdi

7-08-2018, 07:25           
Türk lirəsi kəskin ucuzlaşdı –bir dollar 5.2 lirə səviyyəsini keçdi
ABŞ prezidenti Donald Trampın 2016-cı ilin yanvar ayında Tehranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv olunmuş sanksiyaların iki mərhələdə bərpa edilməsinə dair fərman imzalaması Türkiyə lirəsinin dəyərinə ağır zərbə vurdu.

Teref.az publika.az-a istinadən xəbər verir ki, bir dollar artıq 5,2 lirə səviyyəsini keçərək rekord müəyyən edib.

Türkiyənin hazırda İranla 11 milyard dollarlıq ticarət dövriyyəsi var. Bu baxımdan, Trampın qərarı lirənin dəyərinə mənfi təsirini göstərib. Sənəd İrana qarşı sanksiyaların bərpasını nəzərdə tutur. Sanksiyaların bərpasından ən çox zərər görəcək ölkələrdən birinin Türkiyə olacağı bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.