Ankara və Vaşinqton sanksiyalarla bağlı ilkin razılaşma əldə edib

7-08-2018, 07:35           
Ankara və Vaşinqton sanksiyalarla bağlı ilkin razılaşma əldə edib
Türkiyə və ABŞ Amerikanın ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı ilkin razılaşma əldə edib.

"Report" "Daily Sabah" nəşrinə istinadən xəbər verir ki, Ankara və Vaşinqton iki ölkə arasında yaranmış problemi birlikdə həll etməyə hazır olduqlarını ifadə edib.

Bununla yanaşı məlum olub ki, türkiyəli məmurlar nazirlərlə bağlı sanksiyaları müzakirə etmək üçün yaxın günlərdə Vaşinqtona səfər edəcəklər.

Avqustun 1-i ABŞ-ın Maliyyə Nazirliyi Ankaranın amerikalı keşiş Endryu Bransonu vətəninə təhvil verməməsi səbəbindən Türkiyənin iki nazirinə qarşı məhdudlaşdırıcı tədbirlər görüb. Sonradan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Vaşinqtonu bu sanksiyalara görə cavab tədbirləri ilə hədələyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru