Təqvimlər BƏLLİ OLDU - Ərdoğan Trampla görüşə gedəcək?

21-08-2018, 10:40           
Təqvimlər BƏLLİ OLDU - Ərdoğan Trampla görüşə gedəcək?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabr ayında bir çox rəsmi səfərləri gözlənilir.

Publika.az xəbər verir ki, rəsmi görüşlərdən sonra ABŞ prezidenti Donald Trampla da görüşəcəyi ehtimal edilir.

Ərdoğan ilk olaraq 1-2 sentyabr tarixlərində Qırğızıstana səfər edəcək və Türk Şurasının toplantısına qatılacaq. Səfərin əsas məqsədi FETÖ terror təşkilatı ilə mübarizədir.

Bundan sonra tarixi hələ dəqiqləşdirilməyən, ancaq 6-7 sentyabra planlaşdırılan Rusiya-Türkiyə-İran üçlüyü arasında baş tutacaq zirvənin Tehrandakı toplantısına qatılacaq.

Ərdoğan daha sonra Almaniyaya səfər edərək prezident Frank Uolter Şteynmer və kansler Angela Merkel ilə görüşəcək. Bu səfərin gündəmində iqtisadi münasibətlər, başda FETÖ və PKK olmaqla, terrorla mübarizə mövzusu olacaq.

Türkiyə prezidenti 25 sentyabrda 73-cü Birləşmiş Millətlər Təşkilatının Ümumi Yığıncağına qatılmaq üçün ABŞ-ın Nyu York şəhərinə gedəcək. Burada Ərdoğanın sərmayəçi banklarla görüşə qatılması gözlənilir. Həmçinin, Türkiyə ilə ABŞ arasındakı gərginliyin yaşandığı bir dövrdə ABŞ prezidenti ilə görüşüb-görüşməməsi toplantıya yaxın tarixdə dəqiqləşdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru