İsa Yaşar Tezel: “Azərbaycan türkü olaraq Türkiyə Böyük Millət Məclisində Azərbaycanın səsi, dərdi olacağıq”

20-04-2015, 21:33           
İsa Yaşar Tezel:  “Azərbaycan türkü olaraq Türkiyə Böyük Millət Məclisində Azərbaycanın səsi, dərdi olacağıq”
İsa Yaşar Tezel: “Azərbaycan dövlətinin də bizim məsələmizə diqqət göstərməsini istəyirəm”; “Azərbaycan türkü olaraq Türkiyə Böyük Millət Məclisində Azərbaycanın səsi, dərdi olacağıq”
Türkiyədə keçiriləcək parlament seçkilərində Milliyyətçi Hərəkat Partiyasından olan namizədlər İsa Yaşar Tezel və Səfər Qaraqoyunlu İqdıra səfər ediblər. Musavat.com xəbər verir ki, aprelin 20-də namizədləri İqdırın hava limanında 2500-ə yaxın maşın karvan qarşılayıb. Qarşılama o qədər kütləvi olub ki, MHP-çi namizədlər hava limanından şəhər mərkəzinə 2 saata çata biliblər.

MHP-nin yerli şöbəsinin qərargahının eyvanından İsa Yaşar Tezel və Səfər Qaraqoyunlu toplaşanlar qarşısında çıxış ediblər. MHP-çi namizədləri qarşılamağa Qarsın bələdiyyə başçısı Murtəza Qaraçanta da gedib. İsa Yaşar Tezel çıxışında bildirib ki, Türkiyə üzərində oyunlar gedir. O, bəyan edib ki, erməni diasporu İqdırda deputat seçkilərinə müdaxilə etmək istəyir:

“AKP, CHP və HDP-nın erməni namizədləri var. Türk düşmənliyi aparan erməni diasporunun adamlarını niyə namizəd irəli sürürsünüz? Hanı Azərbaycanla qardaşlıq, hanı iki dövlət bir millətlik? Xocalıda soyqırım törədən ermənilərə xidmət edənləri partiyalarınızdan namizəd edirsiniz. İqdırlılar erməni diasporunun oyununu pozacaq”.

İqdır təkcə Türkiyə üçün deyil, Azərbaycan üçün də strateji əhəmiyyətli bölgədir. Azərbaycan türklərinin də yaşadığı bu ərazidən bir Azərbaycan türkünün, xüsusilə də İsa Yaşar kimi Azərbaycan sevdalısının millət vəkili seçilməsi dövlətimizin maraqları baxımından çox faydalı olardı. “Yeni Müsavat”a müsahibəsində İsa Yaşar bəy də dövlətimiz və millətimizdən dəstək istəyini gizlətmədi. Yeri gəlmişkən, gərgin seçki kampaniyasının gedişində bir neçə dəfə oğlu Fateh bəylə danışa bilsək də, İsa bəylə yalnız görüşlərarası fasilələrin birində əlaqə saxlamaq imkanımıza oldu. Onu da qeyd edək ki, İqdırdakı azərbaycanlılar İsa bəyin şəxsində azərbaycanlı namizədə sevə-sevə qucaq açırlar.

“Azərbaycan türkü olaraq Türkiyə Böyük Millət Məclisində Azərbaycanın səsi, dərdinin tərcümanı olacağıq, Azərbaycanın bütün problemlərini gündəmə gətirəcəyik, erməni, Qarabağ məsələsi üçün çalışacağıq. Həmçinin, beynəlxalq səviyyədə Azərbaycana yaradılan problemləri dəf etmək üçün fəaliyyət göstərəcəyik"

- İsa bəy, seçki kampaniyanızı izləyirik, sonuncu çıxışınızda ermənilərə dəstək verənlərə sərt ismarıcınızı da oxuduq. Hazırda durum necədir? CHP sizə problem yarada bilərmi?

- Seçicilərdən çox yüksək səviyyədə rəğbət və məhəbbət görürəm. CHP-nin ötən dəfəki seçkidə aldığı səslərin sayı 1300 olub. Biz orda seçkini 27 500 səslə udmuşuq. Yəni burda türklər CHP-yə səs vermir. Sadəcə onlar azərbaycanlıların səslərini bölməyə çalışırlar. Bu da AKP-nin işinə yarayır. Orda AKP-nin səsləri yüksək olarsa, bu vəziyyətdən faydalanar. CHP-nin seçkini udması üçün 20 dəfə artıq səs alması lazımdır. Bu, mümkün deyil.

-Deməli, MHP-nin səslərini bölmək üçün Azərbaycan türkü Adil Aşırımın namizədliyinin CHP tərəfindən irəli sürülməsi Azərbaycan türklərinin səslərinin bölünməsinə hesablanıb...

- Təbii. CHP-nin udmaq ehtimalı yoxdur. Dediyim kimi, bu partiya ötən seçkidə 1300 səs alıb. İndi onların seçkini udmaq şansı yoxdur, ancaq bizim səslərimizə problem yarada bilərlər.

- İqdırdakı azərbaycanlıların sizə dəstək olduğuna şübhəmiz yoxdur. Bəs, Azərbaycan dövlətindən, hökumətindən gözləntiniz nədir?

- Təbii ki, biz seçiləcəyiksə, Türkiyə Cümhuriyyətinin deputatı olacağıq. Ancaq Azərbaycan türkü olaraq Türkiyə Böyük Millət Məclisində Azərbaycanın səsi, dərdinin tərcümanı olacağıq, Azərbaycanın bütün problemlərini gündəmə gətirəcəyik, erməni, Qarabağ məsələsi üçün çalışacağıq.

Həmçinin, beynəlxalq səviyyədə Azərbaycana yaradılan problemləri dəf etmək üçün fəaliyyət göstərəcəyik. Azərbaycan bundan fəxr etməli, sevinməlidir ki, Azərbaycanı sevən belə bir namizəd inşallah parlamentə düşəcək. Mən Azərbaycan dövlətinin də bizim məsələmizə diqqət göstərməsini istəyirəm. Azərbaycan xalqının da bizə mənəvi dəstək verəcəyini gözləyirəm. Təbii ki, Azərbaycan dövləti burdakı seçkilərə müdaxilə edə bilməz.

“Türkiyə parlamentinə düşəcək erməni deputatlara qarşı duran yeganə səs MHP namizədi olacaq"

Amma hər halda buraya diqqət etməlidir. Çünki Türkiyə parlamentinə düşəcək erməni deputatlara qarşı duran yeganə səs MHP namizədi olacaq. Orda ermənilərin qarşısına çıxacaq, sözünü deyəcək bir deputat lazımdır. Ermənilər İstanbuldan iddialıdırlar; 5 erməni namizəd var. Onlar parlamentə düşə bilər. Təkcə MHP bir partiya olaraq erməni namizədlərlə seçkiyə qatılmayıb, çünki bizim üçün Azərbaycan var. Bu faktın özü də bizim üçün şərəfdir təbii ki.

-İsa bəy, ötən dönəmlərdə İqdırın millət vəkili olmuş Sinan Oğanla münasibətləriniz necədir?

- Yaxşıdır, telefon açdı, məni təbrik etdi. Bu gün iki Azərbaycan türkü İqdırdan parlamentə keçmək istəyir, durumumuz bu...

Qeyd edək ki, Azərbaycanda yaxından tanınan, hazırda millət vəkil olan soydaşımız Atilla Kaya İstanbuldan deputatlığa namizəddir. Həm onun, həm də İsa Yaşar Tezelin millət vəkil seçiləcəyi real görünür.
“Azərbaycan dövlətinin də bizim məsələmizə diqqət göstərməsini istəyirəm”; “Azərbaycan türkü olaraq Türkiyə Böyük Millət Məclisində Azərbaycanın səsi, dərdi olacağıq”

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.