Dünyanın ən güclü orduları reytinqində Azərbaycan və Ermənistan....

1-10-2020, 00:57           
Dünyanın ən güclü orduları reytinqində Azərbaycan və Ermənistan....
Dünyanın ən güclü orduları reytinqində 138 ölkə arasında Azərbaycan 64-cü, Ermənistan isə 111-cidir.
“Global Firepower 2020” hesabatına görə, dünyanın ən güclü orduları reytinqində 138 ölkə arasında Azərbaycan 64-cü, Ermənistan isə 111-ci, o cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı, tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci, dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur.
Teref.az yazır ki, bunu ADR sədri Qubad İbadoğlu yazır.
Daha sonra Qubad bəy yuazır ki, Ermənistanla müqayisədə cəmi təyyarələrimiz 2,3 dəfə, döyüş təyyarələrimiz 17 dəfə, vertalyotlarınız 2,4 dəfə, döyüş tanklarımız 5,2 dəfə, zirehli nəqliyyat vasitələrimiz 1,94 dəfə, özüyeriyən toplarımız 4,92 dəfə, sahə toplarımız 1,5 dəfə çoxdur. Donanma gücü bizdə 31-dir, onlarda 0-dır.
Səfərbərlik yaşında olan əhalinin sayı Azərbaycanda 3,781,760 nəfər, Ermənistanda 1,396,726 nəfərdir, il ərzində hərbi yaşa uyğun olanların sayı bizdə 151,270 nəfər, onlarda 44,835 nəfərdir.
Müdafiə büdcəmiz Ermənstandan 2 dəfəyədək, beynəlxalq valyuta ehtiyatları Ermənistandan 45 dəfə çoxdur.
Məlumat üçün onu da qeyd edim ki, dünyanın ən güclü orduları reytinqində 138 ölkə arasında Türkiyə 11-cidir.
Terefd.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.