Haitinin Baş naziri istefa verib

26-04-2024, 12:28           
Haitinin Baş naziri istefa verib
Haitinin Baş naziri Ariel Anri istefa verib.

"Cebhe.info" xəbər verir ki, Anri ABŞ-nin Los-Anceles şəhərindən Nazirlər Şurasının üzvlərinə məktub yazaraq vəzifəsindən istefa verdiyini rəsmən bəyan edib.

Anri qeyd edib ki, mövcud vəziyyəti nəzərə alaraq hökumətə istefamı təqdim etdim: “Bu münasibətlə kabinet üzvlərini, dövlət idarəçiliyini, təhlükəsizlik qüvvələrini, əməyi keçən hər kəsi və bu yolda məni müşayiət edən bütün vətənpərvərləri təbrik edirəm".

Henrinin istefasından sonra maliyyə naziri Patrik Boisvert baş nazirin səlahiyyətlərini icra edən təyin edilib.

Haiti hazırda siyasi və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət 9 nəfərlik keçid şurası tərəfindən idarə olunur.

Xatırladaq ki, Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci ildə prezident Jovenel Moizanın öldürülməsindən və həmin ilin avqustunda 2200-dən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra pisləşib.

“Telesur” kanalının məlumatına görə, hazırda silahlı dəstələr paytaxt ərazisinin 80 faizindən çoxuna nəzarət edirlər.

Nigar Hacılı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.