İstanbulda havanın çirkliliyi təhlükəli həddə çatıb 26-04-2024, 12:24 İstanbulun bir sıra rayonlarında havanın çirklənmə səviyyəsi təhlükəli həddə çatıb.Bu barədə "RİA Novosti" məlumat yayıb.Şimali Afrikadan gələn tozlu hava görmə məsafəsini daraldıb.Şəhərdə havanın temperaturu +20 dərəcədən yuxarıdır.Sinoptiklər həftə sonuna qədər şəhərin tozdan təmizlənəyəcəyini proqnozlaşdırırlar.Əhaliyə açıq havada olmamaq tövsiyə edilib. Facebook-da paylaş