Qubada silsilə oğurluqlar edən şəxslər saxlanılıblar

21-03-2023, 16:51           
Qubada silsilə  oğurluqlar edən şəxslər saxlanılıblar
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon ərazisində fərqli yerlərdən oğurluq etməkdə şübhəli bilinən Elşad Güliyev və Elşən Hacıyev saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq rayon ərazisində olan kafe, bağ, eləcə də evlərdən müxtəlif əşyalar və ərzaq məhsulları oğurlamaqda zərərçəkmişlərə ümumilikdə 7905 manat ziyan vurublar.

Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru