Bu xarici ölkələrdə təhsil alanların 90%-nin nəticələri uğursuzdur

Bu gün, 17:34           
Bu xarici ölkələrdə təhsil alanların 90%-nin nəticələri uğursuzdur
“Bu il iyunun 23-də keçirilən peşə imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 90%-i uğursuz nəticə əldə edib”.

Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, sözügedən imtahanda həmin ixtisas üzrə 10 nəfərdən 9-u uğursuz nəticə göstərib, yalnız 1 iştirakçının uğurlu nəticəsi var:

“Uğursuz nəticələrin əsas hissəsi Rusiya, Türkiyə və Gürcüstanın ali təhsil müəssisələrinin məzunlarının payına düşür. Təhlillərimiz nəticəsində görürük ki, uğursuz nəticə göstərənlər məhz ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir”.

Tural Əhmədov əlavə edib ki, “Mühəndislik” ixtisası üzrə keçirilən peşə imtahanının nəticələrinə əsasən, 21% uğurlu nəticə əldə olunub:

“Ümumilikdə 13 ixtisas göstəricisinə görə, 89 nəfər imtahanda iştirak edib, onlardan yalnız 19 nəfəri uğurlu nəticə göstərib, digər 70 nəfəri isə uğursuz olub. “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə 23 nəfərdən yalnız 1 nəfər uğurlu olub, 22 nəfər isə uğursuz nəticə əldə edib. “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə imtahanda iştirak edən 31 nəfərdən cəmi 4 nəfəri uğurlu nəticə göstərib. Digər 27 nəfərin nəticələri isə uğursuz olub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru