İŞİD-i yaradan bilindi

20-04-2015, 23:32           
İŞİD-i yaradan bilindi
Səddam Hüseyn dövründə İraq hərbi kəşfiyyatının polkovniki olmuş Samir Əbd-Muhammed əl-Xəlifə İŞİD-in yaradıcısıdır.

ANS PRESS-in məlumatına görə, bu barədə “Der Spiegel” əl-Xəlifə tərəfindən tərtib edildiyi sənədlərə istinadən yazdığını bildirib. Nəşr iddia edir ki, əlyazma sənədində siyahılar, cədvəllər və Suriyanın şimal hissəsində xilafət yaradılması planı yer alıb.

31 səhifəli sənəddə əl-Xəlifənin ləqəbi Hacı Bəkr kimi göstərilib. Əl-Xəlifə 2014-cü ilin yanvar ayında Suriya üsyançıları ilə atışmada həlak olub. Amma buna qədər o, İŞİD-in mövqelərini yetərincə gücləndirib.

2010-cu ildə Hacı Bəkr və İraq kəşfiyyatının bir qrup zabiti Əbu-Bəkr əl-Baqdadini özlərinə lider olaraq seçiblər. Hacı Bəkr iki il qabaq şimali Suriyaya gedib və öz planının gerçəkləşdirilməsi üçün xarici döyüşçülər cəlbinə başlayıb.

İraqlı jurnalist Hişam əl-Haşimiinin əmisi oğlu Hacı Bəkrlə birlikdə döyüşüb. O, keçmiş zabiti dindar yox, milliyyətçi kimi tanınıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.