“Arqo əməliyyatı”nın məşhur diplomatı vəfat etdi

16-10-2015, 12:28           
“Arqo əməliyyatı”nın məşhur diplomatı vəfat etdi
Kanadanın İrandakı keçmiş səfiri Ken Teylor bu gün vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Assoşieyted Press” agentliyi yayıb.

Qeyd edək ki, 1979-cu ildə İran böhranı zamanı ABŞ səfirliyinə edilən hücumdan sonra altı amerikalı diplomat qaçaraq Teylorun evində gizlənib. Onlar üç ay burada qalandan sonra məhz Teylor həmin şəxslərin ölkədən qaçışını təşkil edib.

Sonralar 1979-cu il hadisələri ilə bağlı Hollivud Teylorun iştirakı ilə “Arqo əməliyyatı” filmini ərsəyə gətirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.