46 yaşlı şahzadə taxta çıxmağa belə hazırlaşır

26-04-2024, 12:38           
46 yaşlı şahzadə taxta çıxmağa belə hazırlaşır
İsveç şahzadəsi Viktoriya payızda orduda zabit rütbəsi üçün lazım olan təlimlərdən keçəcək.

"Cebhe.info" xəbər verir ki, bu barədə SVT İsveç Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.

46 yaşlı Viktoriyaya təlim keçmək onun taxt-taca çıxmasına hazırlığının bir hissəsi olacaq.

Zabit hazırlığı proqramı artıq ali təhsili olan insanlar üçün nəzərdə tutulub və adətən 20-25 ay davam edir. Təlim taktika, hərbi elm və strategiya haqqında dərin anlayışı inkişaf etdirmək məqsədi ilə nəzəri və praktiki komponentləri əhatə edir.

Şahzadə Viktoriya bu sahədə biliklərə hələ 2003-cü ildə İsveç ordusunun Swedint beynəlxalq mərkəzində üç həftəlik əsas təlim keçdikdən sonra digər kurslar keçdiyi və eyni zamanda, münaqişələr və sülh nəzəriyyəsini öyrəndiyi zaman başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.