Suriya ordusu hərbi əməliyyatı dayandırmalı oldu

18-01-2019, 21:42           
Suriya ordusu hərbi əməliyyatı dayandırmalı oldu
Suriya ordusu ölkənin şərq hissəsində keçirdiyi əməliyyatı dayandırıb.
Bu barədə “Al Masdar News” məlumat yayıb.

Bildirilir ki, Homs və Deyr-ez-Zor əyalətlərinin şərqindən çıxarılan qüvvələr Hama və İdlib əyalətlərinə göndərilir. Məqsəd “Həyat Təhrir əş-Şam” qruplaşması və Şərqi Türküstan İslam hərəkatı üzvlərinin nəzarət etdiyi şimal-qərbdəki regionlar uğrunda döyüşlər aparmaqdır.

Qeyd olunur ki, son vaxtlar radikal qruplaşmaların döyüşçüləri geniş miqyaslı hücuma keçiblər.(Oxu.Az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.