Ölkə qorxu içində: Ordu iflic vəziyyətindədir – Şok faktlar

20-11-2019, 09:23           
Ölkə qorxu içində: Ordu iflic vəziyyətindədir – Şok faktlar
Almaniya ordusunun xarici ölkələrdə keçirdiyi hərbi əməliyyatların əvəzolunmazı sayılan “Tiger” tipli 53 ədəd döyüş helikopterindən yalnız 36-nın istifadəyə yararlı, bunun da cəmi 12-nin döyüşə hazır vəziyyətdə olduğu açıqlanıb.

Teleqraf.com xəbər verir ki, “Şpigel” nəşri 71 “Sikorsky CH 53”nəqliyyat helikopterindən 48-nin istifadəyə yararlı halda olduğuna, ancaq uçuşa hazır 18 helikopterin mövcud olduğuna diqqət çəkib.

Almaniya Silahlı Qüvvələrinin invanterində olan helikopter və tankların əksəriyyətinin istifadəyə yararsız olduğu iddia edilib. Nəşrin məlumatına görə, bir çox helikopter və döyüş qırıcısı ehtiyat hissələri çatışmazlığı səbəbindən istifadəyə yararlı deyil.

Xüsusən “NH-90” tipli çoxfunksiyalı helikopterlərin böyük əksəriyyətinin yararsız və “75 NH-90” tipli helikopterlərdən yalnız 44-nün istifadəyə yararlı olduğu, bunlardan yalnız 9-nun döyüşə hazır vəziyyətdə olduğu bildirilib.

Məlumatda uçuşa hazır helikopterlərin də raket hücumlarına qarşı müdafiəyə hazır olmadığı üçün bunun alman ordusu daxilində gərginliyə yol açdığına diqqət çəkilib.

Habelə Almaniya Hava Qüvvələrinə məxsus 93 ədəd “Tornado” döyüş qırıcısının yalnız 57-nin yararlı olduğu, bunlardan da cəmi 20-nin uçuşa hazır olduğu qeyd edilib. 31 ədəd “A400M” nəqliyyat təyyarəsindən 19-nun yararlı, bunun da yalnız 8-nin döyüş tapşırığını yerinə yetirməyə hazır olduğu iddia edilib.

Almaniya Quru Qoşunlarının envanterində olan 284 ədəd “Puma” tipli tankdan 191-nin, 245 ədəd “Leopard” tankından isə sadəcə 183-nün istifadəyə yararlı olduğunun bildirildiyi xəbərdə, alman ordusunun 2023-cü ildə yeni model helikopter almağı planlanlaşdırmasına da yer verilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.