Bu şirkət “Apple”ı zirvədən endirdi

6-12-2019, 14:23           
Bu şirkət “Apple”ı zirvədən endirdi
Dünyanın texnologiya nəhəngi “Apple” uzun müddətdir qoruduğu “ən dəyərli şirkət” adını itirib.
"Yeni Sabah" CNN-ə istinadən xəbər verir ki, texnologiya divini zirvədən endirən Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”dur.

Belə ki, neft şirkəti sərmayələrinin 1,5 faizini açıq satışa çıxarıb və onun 1 səhmi 32 Səudiyyə Ərəbistanı rialı ( təx. 14 AZN) qiymətinə satılıb. Bu satışdan “Saudi Aramco” 25,59 milyard ABŞ dolları gəlir əldə edib. Satışdan sonra neft şirkəti korporativ investorlardan 106 milyard ABŞ dolları, fərdi investorlardan isə 119 milyard dollar yatırım qazanıb.

Beləliklə, bazar dəyəri 1,7 trilyon dollara yüksələn “Saudi Aramco” dünyanın ən dəyərli şirkəti olub.

Xatırladaq ki, bundan öncə “Apple” şirkəti 1,1 trilyon ABŞ dolları dəyəri ilə bazarda lider idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.