Azərbaycan Slovakiya ilə birgə silah istehsal edəcək - YENİLƏNİB + VİDEO

8-05-2024, 15:34           
Azərbaycan Slovakiya ilə birgə silah istehsal edəcək - YENİLƏNİB + VİDEO
“Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə (Azərbaycan Prezidenti İlham Əliyev - Qeyd) bəzi layihələri müzakirə etdik”.

AZƏRTAC xəbər verir ki, bunu Slovakiya Respublikasının Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, texnologiya Slovakiyadan, maliyyə isə Azərbaycandan olacaq:

“İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm”.

07.05.2024, 22:57
Mayın 7-də Slovakiya Respublikasının baş naziri Robert Fitso AZƏRTAC-a və AzTV-yə müsahibə verib.

O, Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

Qeyd edək ki, Slovakiya Respublikasının baş naziri Robert Fitsonun Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.

Həmin müsahibəni təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.