“Ləmanın üzr videosunu mənə göndərdilər” – Aygün Bəylərin bacısından tiktokerə SƏRT CAVAB
8-05-2024, 18:09
Tez-tez “TikTok” platformasında diqqəti cəlb edən fikirlərlə çıxış edən Ləman Vəliyeva bu dəfə də medianın gündəmindədir.
O, mərhum əməkdar artist Aygün Bəylər barəsində canlı yayında qeyri-etik ifadələr işlədib. Mərhumun ailəsi hadisə ilə bağlı polisə şikayət edib.
Məsələni daha dəqiq aydınlaşdırmaq üçün Lent.az-ın əməkdaşı Aygün Bəylərin bacısı Zümrüd Hümbətova ilə əlaqə saxlayıb.
Zümrüd Hümbətova saytımıza açıqlamasında bildirib ki, onlar sosial şəbəkədən başqa, bir başa polisə gedərək şikayət etməyib:
“Biz heç kimi şikayət etməmişik. Amma Ləman Vəliyevanın üzr videosunu mənə göndərdilər. Bizi tanıyan tanıyır, bilən bilir. Bu cür insanlara baş qoşmuruq. Hamı bilir ki, o insan problemlidir. Biz onun kimi insanın səviyyəsinə enmərik. Məsələ ilə bağlı Aygünün rəsmi səhifəsində onun prodüseri Sultan paylaşım edib. Amma ilk növbədə Ləmanın cavabını Aygünün sənət yoldaşları verməliydi. Səhv etmirəmsə, Səidə Sultandan başqa heç kim reaksiya verməyib. Səidə Sultan və onun kimiləri sağolsun ki, Aygünün ruhuna hörmət edir, onun sənətini qoruyurlar. Jurnalistlərə də qırğınam. Çünki Aygünün mahnısını yeni aranjımanda ifa etdim. Amma heç kim maraqlanmadı. İndi isə tiktoker Ləman məsələsi çıxıb deyə reytinq xətrinə hər kəs maraqlanır”.
Qeyd edək ki, Ləman Vəliyeva canlı yayımda "biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan" deyib, daha sonra isə xoşagəlməz ifadə işlədib.
Bunun ardından xanəndənin yaxınları ona aid olan instagram hesabında məsələyə reaksiya verərək, polisə müraciət ediblər:
"Aygün Bəyləri hansısa tiktoker təhqir edir. Xahiş edirəm, məsələ nəzarətə alınsın".
Polisdən aldığımız məlumata görə, bu məsələ ilə bağlı heç bir rəsmi müraciət daxil olmayıb.