Türkiyə Super Liqasını qanunsuz saytlardan izləmək istədi, fırıldaqçıların qurbanı oldu - FOTO/VİDEO

8-05-2024, 15:08           
Türkiyə Super Liqasını qanunsuz saytlardan izləmək istədi, fırıldaqçıların qurbanı oldu - FOTO/VİDEO
Türkiyə Super Liqasının oyunlarını qanunsuz saytlardan izləyən futbolsevər fırıldaqçıların qurbanına çevrilib.

Məlumata görə, Türkiyənin Adana şəhərində yaşayan 51 yaşlı usta Yalçın Güven Türkiyə Super Liqasının oyunlarını pul vermədən izləmək üçün qanunsuz saytlardan istifadə etməyə çalışıb.

Yalçın Güvenin bu hərəkəti ona baha başa gəlib. Belə ki, 51 yaşlı şəxsin kredit kartından 250 min Türkiyə lirəsi dəyərində pul çəkilib.

Qeyd edək ki, zərərçəkmiş şəxs polisə şikayət etsə də, heç bir köməklik almadığını bildirib.

Mənbə: Sporx.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru