Tolikin verilişində dava düşdü: Sizi qatlayıb cibimə qoyaram - Video

8-05-2024, 12:54           
Tolikin verilişində dava düşdü: Sizi qatlayıb cibimə qoyaram - Video
Canlı yayımda müğənnilərin sözü bir-birinin boğazından keçməyib.

TEREF Yenisabah.az-a istinadla xəbər verir ki, ifaçı Mehriban Qəmbərova ilə Pünhan Piriyev söz savaşına çıxıb.

Hadisə “Tarixin bir günü” verilişində baş verib.

M.Qəmbərova ilə mübahisə edən Pünhan Piriyev əsəblərinə hakim ola bilməyib və qışqırmağa başlayıb.

Verilişin aparıcısı Tarix Əliyev (Tolik) tərəfləri sakitləşdirməyə çalışaraq mübahisəni sonlandırmalarını tələb edib:

“Lüftən mübahisəni dayandırın, mən Zaur deyiləm. Pünhan, sakit ol, sənin anan da efirdən bizə baxır, onun əllərindən öpürəm, onu həyəcanlandırma. Əziz aparıcılar, baxın. Mən bu mübahisəni dayandırdım, sabah siz də Mehribanla Pünhanı efirə çağırıb bir-birinə qırdırmayın. Dava-qırğın lazım olsa, bilirsiniz ki, sizi qatlayıb cibimə qoyaram, amma bunu etmirəm”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru