İşğaldan azad olunmuş şəhərlər və rayonlar bir mərkəzdə BİRLƏŞDİRİLİR? - ŞƏRH

8-05-2024, 18:04           
İşğaldan azad olunmuş şəhərlər və rayonlar bir mərkəzdə BİRLƏŞDİRİLİR? - ŞƏRH
Bu gün Azərbaycanda rayonlarının birləşdiirilməsi aktual məsələdir. Qarabağda Böyük qayıdış konsepsiyasına əsasən bərpa-quruculuq dava edirş. Artıq bir sıra bölgələrə prezidentin xüsusi nümayəndələri təyin edilib. Bu baxımdan Qarabağın hansı rayonları bir mərkəzdə birləşdirilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, inzibati zəmində bölgülərin, sərhədlərin çəkilməsi və rayonların birləşdirilməsi bir neçə vacib parametrləri var. Parametrlər ilk növbədə coğrafi parametrlərdir. O cümlədən əhalinin sayı nəzərə alınır və digər tərəfdən kommunikasiyaların uzlaşması məsələsinə baxılır:

"Bu məsələlərin əsasında iqtisadi və texniki əsasnamə hazırlanmalıdır. Bugünkü vəziyyəti 30-40 il bundan qabaq görmüşdüksə, indi artıq bir çox proseslərdə dəyişiklik var. Rayonların inkişafında, infrastrukturun genişlənməsində, əhalinin artmasında, kommunikasiyaların şaxələnməsində bir çox dəyişikliklər var. Biz bilirik ki, Azərbaycanda geniş islahatlar proqramı həyata keçirilir. İstər-istəməz hər tikilmiş yeni obyekt, istifadəyə verilən infrastruktur layihəsi bu və ya digər tərzdə yeni bir nəfəs gətirir. Ona görə onların hamısı kompleksli şəkildə nəzərdən keçirilməlidir. Qarabağdakı rayonlar ilə əlaqədar hidroloqlar, toponimlər və geofiziklər öz rəylərini bildirməlidirlər. Belə məsələlər ilə bağlı hər hansı bir qərarlar yaxud sərəncamlar verilirsə, onların üzə çıxmasına qədər mütəxəsislərin ekspertiza rəyləri nəzərə alınır. Daha sonra proseslər emal olunur və dövlət komissiyası səviyyəsində son qərarlar verilir".

Politoloqun sözlərinə görə, Qarabağdakı müvafiq rayonlarının birləşdirilməsinə kortəbii yanaşmaq olmaz. Biz görürük ki, iki iqtisadi rayon var. Bunlar Qarabağ və Şərqi Zəngəzurdur. Ola bilsin ki, əsas kimi bu iki inzibati vahid nəzərdə saxlanılacaq:

"Eyni zamanda bunlara bənzər yeni rayonlar formalaşa bilər. Hələ ki, müstəqil tərzdə olan rayonlarımız birləşdirilsin yaxud bölünsün. Yəni bunu belə bilmək olmaz. Bu məsələ son dərəcə həssas bir mövzudur. Əsgər bu günləri sözügedən istiqamətdə verilən hər hansı bir qərar varsa, proses 3-5 ilə yox, uzunmüddətli perspektivdə nəzərdə tutulur. Odur ki, süni şəkildə bu prosesi tezləşdirmək olmaz. Digər tərəfdən proseslərin qarşısını almaq olmaz ki, gedişat ləngisin. Mən elə başa düşürəm ki, ölkənin inkişaf modeli öz-özlüyündə bir çox məsələlərin həllini aktuallaşdırır. O cümlədən buraya daxili və inzibati sərhədlərin dəyişilməsi məsələsi aiddir. Hesab edirəm ki, ən yaxın zamanlarda bu istiqamətdə böyük dəyişikliklərin şahidi olacağıq. Çünki İqtisadiyyat Nazirliyinin tərkibində xüsusi qurumlar var ki, bu istiqamətdə işləyirlər. Onlar öz mülahizələrini ve hesablamarını aparırlar. Bunlar hamısı bir nöqtədə kəsişməlidir ki, sonda dövlət başçısının masasının üzərinə hazır bir variant gəlsin və ona məruzə edilsin".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.