Qusar meşələrində yaşıl "soyqırım"...

8-05-2024, 18:24           
Qusar meşələrində yaşıl "soyqırım"...
Sosial şəbəkələrdə ekofəalların Qusar şəhər meşəsində ağacların kütləvi kəsimi ilə bağlı paylaşımları böyük rezonansa səbəb olub.

Bununla bağlı ekofəalların paylaşımında deyilir ki, müşahidələr əsasında 4200+ iri diametril ağacın kəsim üçün nömrələndiyi aşkar edilib. Nömrələnmiş ağaclar şəhərin iki hissəsində var (şimal və qərb).

Qərb istiqamətindəki meşədə 3 yerdə (sarı işarə) qırıntı olduğunu müəyyən etdik. Ağaclar kəsilib və köklərindən çıxardılaraq meşənin içərisində gizlədilib.

Qırıntının olduğu birinci yerdə artıq tikinti işlərinə başlanılıb. Bu barədə yazılan şərhlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ittiham olunur.

Vətəndaşlar COP29 ilində nazirliyin “yaşıl soyqrım”a göz yumduğunu deyir.

Gununsesi.info-nun araşdırması zamanı isə məsələnin təfərrüatları üzə çıxıb.

Belə ki, Qusar Rayon İcra Hakimiyyətinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri olayın başında Nazirlər Kabinetinin dayandığını deyib.

Belə ki, Baş nazir Əli Əsədovun imzasıyla həmin ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından çıxarılıb.

Verilən yeni qərarla həmin ərazinin təyinatı dəyişdirilib. Məlumata görə, ağacların məhv edildiyi torpaq sahəsinin bir hissəsi şəhid ailələri və qazilərə ev tikilməsi üçün ayrılıb.

Ancaq bununla yanaşı ərazidən xeyli sahə iş adamlarına da satılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.