Hindistan sursat idxalını dayandıra bilər

8-05-2024, 12:18           
Hindistan sursat idxalını dayandıra bilər
Hindistan ordusu qarşıdan gələn 2025-2026 maliyyə ilində yerli sənayenin tələbatını ödəmək və ölkənin qlobal sursat bazarında payını artırmaq qabiliyyətinə görə sursat idxalını tamamilə dayandırmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, növbəti maliyyə ilində Hindistan xaricdən döyüş sursatı almayacaq.

Bildirilib ki, Hindistan ordusu istifadə etdiyi 175 növ sursatdan təxminən 150-ni yerli sənayedən alır. Xarici tədarükçülər ordunun artilleriya mərmiləri və sursata olan ehtiyacının yalnız 5-10%-ni ödəyir.

Bundan əlavə, Hindistan hakimiyyəti növbəti beş il ərzində ölkənin hərbi-sənaye kompleksinin ümumi istehsalının və müdafiə ixracının üç dəfə artacağını gözləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.