İlin ən mühüm kosmik hadisəsi: “SpaceX Demo-2” uçuşa hazırlaşır - CANLI YAYIM

31-05-2020, 00:41           
İlin ən mühüm kosmik hadisəsi:
Bu axşam, Bakı vaxtı ilə saat 23:22-də ilk dəfə olaraq şəxsi raket və kosmik gəminin köməkliyi ilə astronavtların kosmosa uçuşu baş tutacaq.

NASA-nın məlumatına görə, bu, “SpaceX Demo-2” uçuş aparatının ikinci cəhdidir.

Bu, həmçinin son doqquz ildə ABŞ ərazisindən ilk pilotlu missiya uçuşu olacaq.

İlk uçuş 27 mayda planlaşdırılsa da, hava şəraitinə görə baş tutmamışdı. NASA-nın son məlumatına görə, hazırda hava şəraiti start üçün əlverişlidir.

Uçuşu izləyənlər arasında ABŞ Prezidenti Donald Tramp da var. Seherxeber.org/













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru