ABŞ-ın hərbi aviasiyasının zəif nöqtəsi təsbit edildi

26-06-2020, 00:01           
ABŞ-ın hərbi aviasiyasının zəif nöqtəsi təsbit edildi
İstefada olan ABŞ Hərbi Hava Qüvvələrinin polkovnik-analitiki Mark Gansinger öz ölkəsinin hərbi aviasiyasında zəif nöqtəni müəyyənləşdirib. Onun sözlərinə görə, ABŞ Hərbi Hava Qüvvələrinin kritik bir çatışmazlığı var. Dünyanın hər yerində bir çox hədəfə hücum edə biləcək gizli bombardmançılar ABŞ-da yoxdur.

Teref.az ted.az-a istinadən bildirir ki, Gansinger qeyd edib ki, on minlərlə hədəfə qarşı uzun mənzilli raketlərin, o cümlədən hipersonik raketlərin işə salınması, daha ucuz silah-sursat və nöqtə ilə işləyən təkrar istifadə edilə bilən bombardmançılardan qat-qat baha başa gələcək.

Qeyd edək ki, hazırda ABŞ Hərbi Hava Qüvvələrində yalnız 20 gizli B-2 bombardmançı var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.