ABŞ-da yoluxmada rekord artım: Virus prezidentin yaxın ətrafına sıçradı

4-07-2020, 11:23           
ABŞ-da yoluxmada rekord artım: Virus prezidentin yaxın ətrafına sıçradı
Koronavirus epidemiyası ABŞ Prezidenti Donald Trampın yaxın ətrafına da sıçrayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ mediasında məlumat yayılıb.

Prezidentin böyük oğlu Donald Tramp Jrın sevgilisi Kimberl Guilfoyl virusa yoluxub. Tramp Jr sevgilisinin test nəticələri müsbət çıxandan sonra özünü test etdirib. Ancaq onun test nəticələri mənfi olub.

ABŞ Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son sutkada ölkədə yeni növ koronavirusa yoluxanların sayı 53 min 483 nəfəri ötüb. Bununla da gündəlik yoluxma 50 min həddi keçib. Ümumi yoluxma sayı 2 milyon 890 minə qədər artıb.

Ölkənin 7 ştatda rekord artım qeydə alınıb. Bu ştatlar Alabama, Alyaska, Aydaho, Mississippi, Şimali Karolina, Cənubi Karolina və Tennessi olaraq elan edilib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.