Ermənistanda koronavirusa yoluxma ilə bağlı rekord göstərici qeydə alınıb

5-07-2020, 12:49           
Ermənistanda koronavirusa yoluxma ilə bağlı rekord göstərici qeydə alınıb
Ermənistanda koronavirusa yoluxma ilə bağlı rekord göstərici qeydə alınıb. Belə ki, son 24 saat ərzində ölkədə daha 706 nəfər koronavirusa yoluxub. Bununla da COVID -19 virusuna yoluxanların ümumi sayı 28 min 606 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Son bir sutka ərzində ölkədə 706 nəfərin koronavirusa yoluxması əhalinin hər yüz min nəfərinə düşən yoluxma sayına görə, dünyada rekord hesab olunur.

Bildirilir ki, son bir gündə Ermənistanda daha 7 nəfər pandemiyanın qurbanı olub və bununla da ölkədə COVID-19 qurbanlarının ümumi sayı 484-ə çatıb.

Qeyd olunub ki, hazırda ölkədə 11 min 824 aktiv koronovirus xəstəsi var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.